- Transfer
- 12:47 04.12.2025
“Liverpul” yay transfer pəncərəsi bağlanmadan öncə "Kristal Pelas"ın müdafiəçi Mark Qehini heyətinə qatmaqda israrlıdır.
90deqiqe.Az-ın məlumatına görə, Mersisayd klubu 25 yaşlı futbolçun üçün danışıqları davam etdirir.
İngiltərə klubu bu keçid üçün 30 milyon funt-sterlinqdən artıq məbləğ ödəməyə hazırdır. Lakin transferin reallaşması “Kristal Pelas”ın mövqeyindən asılıdır – London klubu yalnız əvəzləyici tapacağı halda oyunçunu buraxacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Mark Qehinin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Futbolçu özü artıq “Liverpul”a keçməyə razılıq verib.