- Transfer
- 12:47 04.12.2025
Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiəçi Məhəmməd Əl-Musratinin icarəyə verilməsi ilə bağlı qərar qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu qarşıdakı bir mövsüm ərzində karyerasını İtaliyanın A Seriyasında çıxış edən "Verona" klubunda davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub və oyunçu yeni komandası ilə məşqlərə başlayıb.
Qeyd edək ki, liviyalı oyunçu ötən mövsüm Fransa təmsilçisi “Monako”da da icarə əsasında çıxış edib. O, 2024-cü ilin əvvəlində Portuqaliyanın “Braqa” klubundan “Beşiktaş”a transfer olunub.