- Transfer
- 12:47 04.12.2025
PSJ-nin qapıçısı Arnaut Tenas karyerasını “Vilyarreal”da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı qolkiper İspaniya klubuyla 2029-cu ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
La Liqa klubu ispaniyalının transferi üçün 2,5 milyon avro ödəyib.
Geridə qalan mövsümdə Tenas Paris klubunun heyətində cəmi 2 oyunda meydana çıxıb və bu görüşlərdə 3 qol buraxıb.
Qeyd edək ki, “Vilyarreal” cari mövsümdə uğurlu start götürüb – komanda ilk iki matçında qələbə qazanaraq rəqib qapılarından 7 qol keçirib.