- Transfer
- 12:47 04.12.2025
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klubları 37 yaşlı forvardın xidmətində maraqlıdır.
Levandovski yayda iki Səudiyyə klubundan sərfəli təklif alıb. Hər iki halda futbolçuya mövcud maaşının ikiqatı vəd olunub. Tərəflər arasında danışıqlar davam edir.
Bu mövsüm polşalının Kataloniya klubundakı son ili ola biləcəyi vurğulanır.
Bununla belə, təcrübəli hücumçunun cari transfer dönəmində “Barselona”dan ayrılması gözlənilmir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır, lakin anlaşmada daha bir mövsüm avtomatik uzadılma bəndi yer alır.