- Transfer
- 12:47 04.12.2025
İtaliyanın “Milan” klubu yarımmüdafiəçi Ardon Yaşarinin zədələnməsi səbəbindən yenidən transfer bazarına çıxmağa məcbur ola bilər.
90deqiqe.Az-ın məlumatına görə, isveçrəli futbolçu məşq zamanı komanda yoldaşı Ximeneslə toqquşaraq ayaq nahiyəsindən xəsarət alıb. Onun baldır sümüyündə ciddi problem olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Baş məşqçi Massimiliano Alleqri artıq Yaşarinin “Leççe” ilə oyunu buraxacağını açıqlayıb. Lakin futbolçunun dəqiq bərpa müddəti barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümdə “Milan”ın heyətində cəmi 2 matça çıxıb. Buna qədər isə o, Belçikanın “Brügge” klubunda forma geyinərək 52 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.