- Transfer
- 12:47 04.12.2025
“Real” klubunun yarımmüdafiəçisi Dani Sebalyos karyerasını Fransa “Marsel”ində davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Fransa klubu artıq İspaniya təmsilçisi ilə razılığa gəlib. İndi tərəflər futbolçu ilə şəxsi şərtləri razılaşdırmalıdır.
Baş məşqçi Xabi Alonso Sebalyosdan bu mövsüm hesab etmir, futbolçu isə daha çox oyun vaxtı əldə etməklə yaxınlaşan dünya çempionatında İspaniya millisində iştirak şansını artırmaq istəyir.
Sebalyos “Real”da 2017-ci ildən çıxış edir. Cari mövsümdə La Liqada cəmi 2 matçda meydana çıxaraq ümumilikdə 4 dəqiqə oynayıb.