5 dekabr 2025. Cümə

"Roma" "Benfika"nın yarımmüdafiəçisini transfer edə bilər


  • Transfer
  • 22:35 28.08.2025
  • Oxunma sayı: 111
"Roma" "Benfika"nın yarımmüdafiəçisini transfer edə bilər

“Benfika”nın yarımmüdafiəçisi Florentinu Luiş karyerasını İtaliyanın “Roma” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, paytaxt klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Canavarlar" yaxın günlərdə 26 yaşlı futbolçu üçün danışıqlara başlamağı nəzərdən keçirir.

Lakin rəhbərlik rəsmi təklif yalnız mövcud yarımmüdafiəçilərdən biri ilə yolları ayırdıqdan sonra göndərəcək.

Florentinu Luiş “Benfika”nın yetirməsidir. Cari mövsümdə o, bütün turnirlərdə 8 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt portalına görə, futbolçunun qiyməti 22 milyon avro təşkil edir.







Transfer