5 dekabr 2025. Cümə

“Çelsi” Fermin Lopesin transferində israrlıdır


  • Transfer
  • 22:44 28.08.2025
  • Oxunma sayı: 116
“Çelsi” Fermin Lopesin transferində israrlıdır

İngiltərə “Çelsi”si “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin transferində israrlıdır.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, London klubu ispan futbolçunun transferi üçün danışıqları sürətləndirib. Lakin Kataloniya klubunun mövqeyi dəyişməz qalır və futbolçunu satmaq niyyətində deyil.

 “Barselona” qiyməti 20 milyon avro artıraraq 90 milyon avroya yüksəldib.

Baş məşqçi Hans-Diter Flik və klubun idman direktoru Deku 22 yaşlı Lopesin komandada qalmasını istəyirlər. İndi hər şey futbolçunun Londona keçmək istəyib-istəməməsindən və “Çelsi”nin “Barselona” ilə razılığa gələ biləcək maliyyə imkanından asılıdır.







Transfer