- Transfer
- 12:47 04.12.2025
Almaniyanın “Bayer” klubu transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış bir neçə transferi yekunlaşdırmağa çalışır.
90deqiqe.Az-ın "Kicker"ə istinadən məlumatına görə, onlardan biri Argentina yarımmüdafiəçisi Esekyel Fernandesin keçididir. Tərəflər arasında danışıqlar davam edir.
23 yaşlı futbolçu son olaraq Səudiyyə Ərəbistanının “Əl-Kadisiyə” klubunda çıxış edib. Daha əvvəl o, doğma Argentində “Boka Xuniors” və “Tiqre” komandalarında forma geyinib. Fernandesin “Bayer”a keçidi üçün yalnız tibbi müayinədən keçməsi qalıb.
Ötən mövsümdə o, 37 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Fernandes Argentina U-20 və U-23 komandalarında çıxış etsə də, əsas millidə hələ debüt etməyib. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.