5 dekabr 2025. Cümə

“Bayer” 20 yaşlı hücumçu transfer edir


  • Transfer
  • 23:05 28.08.2025
  • Oxunma sayı: 137
 “Bayer” 20 yaşlı hücumçu transfer edir

Fransa “Monako”sunun cinah hücumçusu Eliss Ben-Segir Almaniyanın “Bayer” klubuna keçidi rəsmiləşmək üzrədir.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumatına görə, “Bayer” 20 yaşlı futbolçunun transferini yekunlaşdırmaq üzrədir.

“Monako” klubu ilə razılıq demək olar ki, əldə olunub, yalnız bəzi detalları həll etmək qalıb.

Ben-Segir “Monako”nun yetirməsidir. O, əsas komandada 85 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Monako” ilə müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub. Transfermarkt portalına görə, qanad oyunçusunun bazar dəyəri 28 milyon avro qiymətləndirilir.







Transfer