5 dekabr 2025. Cümə

"Tottenhem" Xavi Simons üçün rəsmi təklif göndərib


  • Transfer
  • 23:49 28.08.2025
  • Oxunma sayı: 157
"Tottenhem" Xavi Simons üçün rəsmi təklif göndərib

 Almaniyanın “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərənin “Tottenhem” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports Germany"a istinadən məlumatına görə, London klubu artıq futbolçunun transferi üçün danışıqlara başlayıb.

 Hazırda tərəflər birbaşa danışıqlardadır, hələlik rəsmi qərar qəbul edilməyib. Transferin nəticəsi həmçinin Londonun digər klubu "Çelsi”nin mövqeyindən asılı olacaq, çünki onlar da Simonsla maraqlanırlar.

22 yaşlı futbolçu üçün Almaniya klubu 70 milyon avro tələb edir.

Ötən mövsümdə Simons bütün turnirlərdə 33 oyunda 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 70 milyon avrodir.







Transfer