- Transfer
- 23:59 29.01.2026
“Ştutqart”ın hücumçusu Nik Voltemade İngiltərənin “Nyukasl” klubuna keçidinə razılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, "sağsağanlar" 23 yaşlı futbolçunu yaxın saatlarda rəsmi olaraq açıqlayacaq.
İngiltərə klubu alman futbolçu üçün bonuslarla birlikdə 90 milyon avro ödəyəcək.
Beləliklə, Voltemade klub tarixində ən bahalı transfer hesab olunur.
Voltemade yalnız bir il əvvəl “Ştutqart”a “Verder”dən azad agent kimi keçmişdi. Ötən Bundesliqa mövsümündə o, 28 oyunda 12 qol vurub. Gələcəkdə futbolçunun əsas mövqeyi mərkəz hücumçusu olacaq, lakin o həm də arxa hücumçu və ya hücum yarımmüdafiəçisi kimi çıxış edə bilər.