- Transfer
- 23:59 29.01.2026
“Tottenhem” klubu “Leyptsiq”in futbolçusu Xavi Simonsun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.Müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub, həmçinin onu əlavə iki mövsümə uzatmaq imkanı olacaq.
Niderland millisinin üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.“Tottenhem” bu keçid üçün “Leyptsiq”ə 60 milyon avro ödəyəcək.
Xavi Simons “Leyptsiq”in heyətinə 2023-cü ilin yayında qoşulmuşdu. Bu müddətdə o, bütün turnirlərdə 78 oyunda meydana çıxaraq 22 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, gənc futbolçunun bazar dəyəri hazırda 70 milyon avro təşkil edir.