30 yanvar 2026. Cümə

Patrik Kutrone “Komо”nu “Parma”ya dəyişdi


  • Transfer
  • 21:14 29.08.2025
  • Oxunma sayı: 105
Patrik Kutrone “Komо”nu “Parma”ya dəyişdi

İtaliyalı hücumçu Patrik Kutrone karyerasını “Parma”da davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı forvard “Komо” klubundan bir illik icarə əsasında “Parma”ya transfer olunub. Müqaviləyə əsasən, A Seriyası təmsilçisinin futbolçunu mövsümün sonunda birdəfəlik almaq hüququ da olacaq.

Kutrone “Komо”ya üç il əvvəl “Vulverhempton”dan 2 milyon avroya transfer olunmuşdu. Forvardın karyerasında daha əvvəl “Milan”, “Valensiya”, “Fiorentina” və “Empoli” klubları da yer alıb.

Transfermarkt portalının məlumatına görə, hazırda Patrik Kutronenin bazar dəyəri 6 milyon avro təşkil edir. Qeyd edək ki, “Parma” ötən mövsüm A Seriyasında 16-cı pillədə qərarlaşaraq liqada qalmağı bacarmışdı.







Transfer