26 mart 2026. Cümə axşamı

Mario Balotelli Avstraliyada oynaya bilər


  • Transfer
  • 21:17 29.08.2025
  • Oxunma sayı: 150
Mario Balotelli Avstraliyada oynaya bilər

İtaliyalı hücumçu Mario Balotelli karyerasının 13-cü klubu kimi Avstraliya komandasını seçə bilər.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə “Newswire” jurnalına açıqlama verib.

“Avstraliyada oynamaq mənim üçün yeni təcrübə olardı. Mən buna çox istərdim. Əgər məni dəvət etmək istəyən klub olsa, razılıq verəcəyəm”

Qeyd edək ki, Avstraliya futbolu daha əvvəl də dünya ulduzlarını cəlb edib. Burada məşhur italiyalı Alessandro Del Pyero karyerasını başa vurmuş, eləcə də Trinidad və Tobaqo millisinin sabiq hücumçusu Dvayt York çıxış etmişdi.

Avstraliya həm də böyük italyan icması ilə tanınır. Bu ölkədə Formula-1 pilotları – Daniel Rikkardo və Oskar Piastri kimi tanınmış idmançılar da italyan köklərinə sahibdirlər.







Transfer