- Transfer
- 21:45 26.03.2026
“Leyptsiq”in hücumameyilli yarımmüdafiəçisi Elif Elmas karyerasını yenidən “Napoli”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər 25 yaşlı futbolçunun icarəsi barədə razılığa gəliblər. Müqavilədə alqı-satqı bəndi də yer alıb.
Makedoniyalı yarımmüdafiəçi bir neçə həftə əvvəl “Napoli”nin təklifini tərəddüd etmədən qəbul edib.
Qeyd edək ki, Elmas 2019-cu ilin yayından 2024-cü ilin əvvəlinə qədər Neapol klubunun şərəfini qoruyub və daha sonra 24 milyon avroya “Leyptsiq”ə transfer olunmuşdu.
Ötən mövsümün ikinci yarısını o, İtaliya A Seriyası təmsilçilərindən “Torino”da icarə əsasında keçirib. Elmas 2023-cü ildə “Napoli”nin heyətində A Seriyasının qalibi olub, 2020-ci ildə isə İtaliya Kubokunu qazanıb.