26 mart 2026. Cümə axşamı

Yunus Musa “Milan”da qalır


  • Transfer
  • 21:29 29.08.2025
  • Oxunma sayı: 163
Yunus Musa “Milan”da qalır

Bir müddət əvvəl “Milan” və “Atalanta” Yunus Musanın transferi ilə bağlı razılığa gəlmişdilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, ABŞ millisinin üzvü yaxın günlərdə Berqamoya yollanmalı idi. Lakin bu keçid baş tutmaya bilər.

Buna səbəb yarımmüdafiəçi Ardon Yaşarinin zədələnməsidir. “Milan” futbolçusunun baldır sümüyündəki sınığa görə iki aya yaxın yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu səbəbdən rəhbərlik heyətdə yarımmüdafiəçi çatışmazlığı yaranmaması üçün Musanı saxlamağı qərara alıb.

Qeyd edək ki, Yunus Musa ötən mövsüm “Milan”ın heyətində 40 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı futbolçunun bazar dəyərini 20 milyon avro olaraq göstərir.







Transfer