26 mart 2026. Cümə axşamı

Edon Jeqrovanın “Yuventus”a keçidi təxirə düşüb


  • Transfer
  • 21:36 29.08.2025
  • Oxunma sayı: 147
Edon Jeqrovanın “Yuventus”a keçidi təxirə düşüb

“Lill”in futbolçusu Edon Jeqrova hələlik “Yuventus”a transfer olunmayacaq.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin keçidini reallaşdırmaq üçün Turin klubu əvvəlcə komandanı tərk etməli olan Nikolas Qonsaleslə bağlı məsələyə aydınlıq gətirməlidir.

Qonsaleslə maraqlanan klublardan biri “Atletiko Madrid” idi. Lakin “Yuventus”un idman direktoru Damien Komolli bildirib ki, danışıqlarda irəliləyiş yoxdur və argentinalı futbolçu böyük ehtimalla komandada qalacaq.

Bu səbəbdən “Yuventus”un Jeqrova ilə müqaviləni bağlamaq imkanı yoxdur. Buna baxmayaraq, Turin təmsilçisi transferin gələcəkdə baş tutacağına ümidini itirməyib.

Transfermarkt məlumatına əsasən, Edon Jeqrovanın bazar dəyəri 25 milyon avro, Nikolas Qonsalesin isə 24 milyon avro təşkil edir.







Transfer