- Transfer
- 21:45 26.03.2026
Təcrübəli müdafiəçi Sezar Aspilikueta karyerasını “Sevilya”da davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb, anlaşmada daha bir mövsüm uzatma şərti də nəzərdə tutulub.
İspaniyalı oyunçu azad agent statusunda “Sevilya”ya qoşulub və artıq komandaya inteqrasiya olunub.
Qeyd edək ki, müdafiəçi son iki mövsümü Madrid “Atletiko”sunda keçirib. Geridə qalan mövsümdə o, 20 oyunda iştirak edib və bir qola imza atıb.
Xatırladaq ki, “Sevilya” ötən mövsüm La Liqada uğursuz çıxış etmiş, cəmi 41 xal toplayaraq Segundaya düşmək təhlükəsi ilə üz-üzə qalmışdı.