- Transfer
- 21:45 26.03.2026
İngiltərənin “Kristal Pelas” klubu hücumçu Yeremi Pinonun transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu Cənubi London təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Yeremi Pino “Vilyarreal” akademiyasının yetirməsidir və 2019-cu ildən etibarən klubun əsas komandasında çıxış edib. Orada o, 170 oyuna çıxaraq 22 qol vurub və 23 məhsuldar ötürmə edib. “Sarı sualtı qayıq” ilə 2020/2021 mövsümündə Avropa Liqasının qalibi olub.
İspaniya millisində də əsas fiqur hesab olunan Pino 2023-cü ildə Millətlər Liqasının qalibi olub. Milli komandada isə 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri təxminən 30 milyon avrodur.