26 mart 2026. Cümə axşamı

“Rodriqonun ən uyğun mövqeyi sol cinah hücumçusudur”


  • Transfer
  • 22:42 29.08.2025
  • Oxunma sayı: 191
“Rodriqonun ən uyğun mövqeyi sol cinah hücumçusudur”

“Real”ın baş məşqçisi Xabi Alonso cümə günü keçirdiyi mətbuat konfransında hücumçu Rodriqo barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Alonso bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Rodriqo fərqli mövqelərdə yaxşı çıxış edib. O, həm “9” nömrəli hücumçu, həm də “10” nömrəli oyunçu kimi oynayıb. Amma mən hesab edirəm ki, onun üçün ən uyğun mövqe sol cinah hücumçusudur. Bir neçə oyundan sonra onun üçün komanda ritmini yenidən hiss etmək vacib idi”, – deyə Alonso bildirib.

Qeyd edək ki, Rodriqo son matçda “Real Oviedo”ya qarşı start heyətində meydana çıxıb, lakin ikinci hissədə əvəzlənib.







Transfer