- Transfer
- 23:53 27.03.2026
“Çelsi” “Kristal Pelas” yarımmüdafiəçisi Adam Uortonu uzunmüddətli transfer hədəfləri siyahısına əlavə edib.
90deqiqe.Az-ın "talkSport"a istinadən məlumatına görə, London klubu Uortonun transferini yay pəncərəsi bağlanana qədər (1 sentyabr) reallaşdırmaq ehtimalını aşağı qiymətləndirir, lakin gələcəkdə bu keçid baş tuta bilər.
Bildirilir ki, “Kristal Pelas” futbolçunu 80 milyon avrodan aşağı qiymətə satmayacaq.
Daha əvvəl mətbuat 21 yaşlı futbolçunun xidmətində Madrid “Real”ının maraqlı olduğu iddia olunurdu.
Adam Uorton “pəhləvanlar”ın heyətində fevral 2024-cü ildən çıxış edir. Bu müddət ərzində o, 48 oyunda iştirak edib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Uortonun bazar dəyəri 45 milyon avrodur.