28 mart 2026. Şənbə

“Roma” 20 yaşlı müdafiəçi transfer etdi


  • Transfer
  • 23:55 29.08.2025
  • Oxunma sayı: 176
 “Roma” 20 yaşlı müdafiəçi transfer etdi

İtaliyanın “Roma” klubu Polşanın mərkəz müdafiəçisi Yan Çiolkovskinin hüquqlarını “Legiya” (Varşava) klubundan alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İtaliya klubu Yan üçün Polşa təmsilçisinə 6 milyon avro ödəyib.

Yeni mövsümdən etibarən polşalı futbolçu “Roma”da 24 nömrəli formanı geyinəcək.

Çiolkovski Varşava futbolunun yetirməsidir. Gənclik illərində “Poloniya” akademiyasında çıxış edib, daha sonra isə “Legiya” sisteminə qoşularaq peşəkar karyerasına burada başlayıb. Onun ən diqqətçəkən xüsusiyyəti boyu – demək olar ki, iki metrdir. Başqa üstünlüyü isə sağ ayağının dominant olmasıdır. Transfermarkt portalının məlumatına görə, gənc polşalının bazar dəyəri 4 milyon avrodur.

Qeyd edək ki, “Roma” ötən mövsümü Seria A-da 5-ci pillədə başa vurub və yeni mövsümdə Avropa Liqasında çıxış edəcək.







Transfer