28 mart 2026. Şənbə

"İnter"in futbolçusu ilə "Barselona" və daha üç klub maraqlanır


  • Transfer
  • 13:06 30.08.2025
  • Oxunma sayı: 139
"İnter"in futbolçusu ilə "Barselona" və daha üç klub maraqlanır

“İnter” klubunun müdafiəçisi Benjamin Pavar digər klubların maraq dairəsində qalmaqda davam edir.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində “Barselona” kubu maraqlıdır. Kataloniya təmilçisi futbolçunun agenti ilə danışıqları davam etdirir.

Fransalı oyunçu ilə həmçinin Səudiyyə Ərəbistanının “Neom” klubu, Türkiyənin “Qalatasaray”ı və Fransanın “Lion”u da maraqlanır.

Lakin futbolçunun özü hələ gələcək karyerası ilə bağlı qəti qərar verməyib. “Transfermarkt” portalının məlumatına əsasən, Pavarın hazırkı transfer dəyəri 25 milyon avro təşkil edir.

Qeyd edək ki, fransalı müdafiəçi 2023-cü ilin yayında “Bavariya”dan “İnter”ə transfer olunub. O, Münhen təmsilçisinin heyətində dörd mövsüm çıxış etdikdən sonra A seriyasına üz tutmuşdu.







Transfer