- Transfer
- 12:47 04.12.2025
“Borussiya Dortmund” yarımmüdafiəçi Maksimilian Bayerin transferi ilə bağlı cəlbedici təklifi geri çevirib.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, İngiltərənin “Brentford” klubu 22 yaşlı futbolçu üçün təxminən 52 milyon avro ödəməyə hazır idi. Lakin “şmellər” rəhbərliyi bu transferin baş tutmasına razılıq verməyib.
Qeyd edək ki, Transfermarkt portalı alman futbolçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir. Gənc futbolçu ötən mövsüm Dortmund təmsilçisinin heyətində 46 matçda meydana çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.