5 dekabr 2025. Cümə

“Bavariya” Nikolas Ceksonun icarəsini razılaşdırıb


  • Transfer
  • 13:22 30.08.2025
  • Oxunma sayı: 104
“Bavariya” Nikolas Ceksonun icarəsini razılaşdırıb

“Bavariya” “Çelsi”nin hücumçusu Nikolas Ceksonun icarəsi ilə bağlı anlaşmaya gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu 22 yaşlı hücumçu üçün London təmsilçisinə 15 milyon avro ödəyəcək. Müqavilədə futbolçunun 80 milyon avroya satınalma bəndi də yer alıb.

Qeyd edək ki, Cekson 2023-cü ilin yayında “Vilyarreal”dan “Çelsi”yə transfer olunub. Bu müddət ərzində seneqallı forvard bütün turnirlərdə 81 oyuna çıxaraq 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer