5 dekabr 2025. Cümə

Kristoffer Nkunku "Çelsi"ni “Milan”a dəyişdi


  • Transfer
  • 13:32 30.08.2025
  • Oxunma sayı: 100
Kristoffer Nkunku "Çelsi"ni “Milan”a dəyişdi

“Milan” klubu hücumçu yarımmüdafiəçi Kristoffer Nkunkunun “Çelsi”dən transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  fransalı futbolçu ilə müqavilə 30 iyun 2030-cu il tarixinə qədər nəzərdə tutulub.

Nkunku İtaliya nəhəngi üçün 18 nömrəli formanı geyinəcək.

“Rossoneri” 27 yaşlı oyunçu üçün 35 milyon avro ödəyib və əlavə olaraq 5 milyon avro bonuslar verə bilər.

Nkunku 2023-cü ilin yayından “Çelsi”də çıxış edirdi. Bu müddətdə o, bütün turnirlərdə 62 oyuna çıxaraq 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer