5 dekabr 2025. Cümə

“Betis” Antoni ilə bağlı təklifini geri çəkdi


  • Transfer
  • 14:08 30.08.2025
  • Oxunma sayı: 109
“Betis” Antoni ilə bağlı təklifini geri çəkdi

İspaniyanın “Betis” klubu “Mançester Yunayted”in hücumçusu Antoni üçün göndərdiyi təklifi geri çəkib.

90deqiqe.Az-ın məlumatına görə, La Liqa klubu  braziliyalı futbolçu ilə bağlı transfer danışıqlardan çıxıb. Buna səbəb kimi Sevilla klubunun rəsmi bəyanatı göstərilib.

Məlumata görə, Antoni üçün tibbi müayinənin keçirilməsi nəzərdə tutulmayıb və transfer İngiltərə klubunun yüksək maliyyə şərtləri səbəbindən baş tutmayacaq. Sevilla klubunun açıqlamasında deyilir:

“Antoni ilə bağlı heç bir razılaşma yoxdur və biz təklifimizi geri çəkdik. Transfer məbləği və “Mançester Yunayted”in futbolçuya ödəməli olduğu kompensasiyaları qarşılaya bilmərik.”

Xatırladaq ki, Antoni ötən mövsümün ikinci yarısında “Betis”də 26 oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İngiltərə klubuyla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer