5 dekabr 2025. Cümə

İngiltərə klubundan rekord transfer


  • Transfer
  • 16:47 30.08.2025
  • Oxunma sayı: 118
İngiltərə klubundan rekord transfer

“Ştutqart”ın hücumçusu Nik Voltemadenin İngiltərənin “Nyukasl” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzü “Nyukasl”la 2031-ci ilə qədər uzunmüddətli müqavilə imzalayıb."Sağsağanlar" 23 yaşlı futbolçu üçün bonuslarla birlikdə 90 milyon avro ödəyib. Bu, “sorokaların” tarixində ən böyük transfer kimi tarixə düşüb.

Xatırladaq ki, Voltemade ötən mövsüm “Ştutqart” forması ilə 33 oyuna çıxaraq 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri Transfermarkt portalına görə 30 milyon avrodur.







Transfer