5 dekabr 2025. Cümə

“Nottinqem Forest” PSJ-nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 16:54 30.08.2025
  • Oxunma sayı: 155
“Nottinqem Forest” PSJ-nin futbolçusunu transfer etmək istəyir

PSJ-nin hücumçu yarımmüdafiəçisi Li Kan-In karyerasını İngiltərənin “Nottingem Forest” klubunda davam etdirə bilər. 

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumatına görə, Premyer Liqa klubu 24 yaşlı oyunçunu transfer etmək niyyətindədir. Artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

“Meşəçilər” futbolçu üçün Paris klubuna 30 milyon avro təklif edib. Həmçinin, əlavə 30 milyon avro bonus şəklində ödənilə bilər. Lakin PSJ rəhbərliyi bu təklifə hələlik mənfi cavab verib.

Futbolçu ilə həm “Arsenal”, həm də “Mançester Yunayted” maraqlanır.

Qeyd olunur ki, “Nottingem Forest” təklifini artırmaq niyyətindədir. Ötən mövsümdə Li Kan-In PSJ-nin heyətində 47 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer