5 dekabr 2025. Cümə

“Aston Villa”dan sonra iki klub daha Paketanı istəyir


  • Transfer
  • 17:29 30.08.2025
  • Oxunma sayı: 150
“Aston Villa”dan sonra iki klub daha Paketanı istəyir

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Globo"ya istinadən məlumatına görə, futbolçunun xidmətində “Aston Villa”dan başqa iki İngiltərə klubu da maraqlıdır. 

Məlumata görə, bu klublar “Tottenhem” və “Everton”dur. Lakin London təmsilçisi artıq Xavi Simonsu transfer etdiyi üçün Paketanı mütləq əldə etməyə ehtiyac duymur. “Everton” isə “Vest Hem”in 57 milyon avroluq maliyyə tələblərini qarşılaya biləcəyinə əmin deyil. "Aston Villa" isə artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və razılıq əldə etməyə yaxındır.

28 yaşlı futbolçu, bahis qalmaqalları ilə bağlı ittihamdan bəraət alaraq, yeni mövsümə uğurlu start verib: o, 3 oyunda 2 qol vurub. Bununla belə, Paketanın klubu “Vest Hem” bu mövsüm uğursuz nəticələr göstərir – Liqa Kubokundan kənar qalıb və çempionatda keçirdiyi iki oyunda məğlub olub.







Transfer