- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martineslə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
90deqiqe.Az-ın məlumatına görə, hazırda “qırmızı şeytanlar” 32 yaşlı qolkiperin transferi ilə bağlı “Aston Villa” ilə danışıqlar aparır. Bildirilir ki, klub argentinalının keçidinin baş tutmama ehtimalını nəzərə alaraq Martinesin namizədliyinə qayıdıb.
Xatırladaq ki, Emiliano Martines 2022-ci ilin sonunda Argentina millisinin heyətində dünya çempionu olub.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın son turunda öz meydanında “Börnli”ni 3:2 hesabı ilə məğlub edib.