- Transfer
- 12:47 04.12.2025
“Monako” klubu "Sevilya"nın yarımmüdafiəçisi Stanis İdumbo ilə transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
“Monako” 20 yaşlı oyunçunun transferi üçün “Sevilya”ya 10 milyon avro ödəyib.
Qeyd edək ki, Stanis İdumbo ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlər üzrə 17 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.