- Transfer
- 12:47 04.12.2025
“Milan”ın mərkəz yarımmüdafiəçisi Yunus Musa karyerasını İtaliyada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, “Atalanta” klubu ABŞ millisinin üzvünü transfer edib.
Musa 2026-cı ilin yayına qədər icarə əsasında “Atalanta”nın formasını geyinəcək. Müqavilədə futbolçunun birdəfəlik transfer olunması üçün satınalma bəndi də nəzərdə tutulub.
İtaliya mətbuatının məlumatına görə, “Atalanta” icarə müqaviləsi üçün 4 milyon avro ödəyəcək. Futbolçunun birdəfəlik transfer qiyməti isə 26 milyon avro ola bilər.