5 dekabr 2025. Cümə

“Vilyarreal” Gürcüstan millisinin hücumçusunu transfer etdi


  • Transfer
  • 21:23 01.09.2025
  • Oxunma sayı: 96
“Vilyarreal” Gürcüstan millisinin hücumçusunu transfer etdi

İspaniyanın “Vilyarreal” klubu Gürcüstan yığmasının hücumçusu Corci Mikautadzenin transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Lion”la anlaşma əldə olunub və futbolçu ilə 2031-ci ilin yayına qədər – 6 illik müqavilə imzalanıb.

“Vilyarreal” bu transfer üçün 31 milyon avro ödəyəcək. Qeyd edək ki, fransız təmsilçisi “Lion” Mikautadzeni ötən mövsüm 18,5 milyon avroya heyətinə qatmışdı.

25 yaşlı forvard “Lion”a 2023-cü ilin yayında transfer olunmuşdu. Bundan öncə o, Fransanın “Mets” və Niderlandın “Ayaks” klublarında çıxış edib. Ötən mövsüm Gürcüstanlı hücumçu bütün turnirlərdə 47 oyunda 17 qol vurub və 11 qol ötürməsi ilə yadda qalıb.







Transfer