- Transfer
- 12:47 04.12.2025
Madridin “Atletiko” klubu “Yuventus”un hücumçusu Nikolas Qonsalesin transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu 2025/26 mövsümünü Dieqo Simeonenin komandasında icarə əsasında keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı oyunçu 2024-cü ildə “Fiorentina”dan “Yuventus”a transfer olunmuşdu. Bundan əvvəl isə o, Almaniya Bundesliqasında “Ştutqart”ın heyətində çıxış edib.
Geridə qalan mövsümdə hücumçu bütün turnirlərdə 38 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 24 milyon avro təşkil edir.