- Transfer
- 12:47 04.12.2025
“Arsenal”ın yarımmüdafiəçisi Albert Lokonqa karyerasını Almaniyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, London klubu 25 yaşlı futbolçunun Bundesliqa təmsilçisi “Hamburq”a daimi əsasda transfer olunduğunu açıqlayıb.
Qeyd edək ki, Lokonqa “Arsenal”a 2021-ci ilin yayında Brüsselin “Anderlext” klubundan transfer olunmuşdu. London təmsilçisində olduğu müddətdə belçikalı oyunçu, icarə əsasında üç dəfə başqa klublarda da çıxış edib – İngiltərədə “Kristal Pelas” və “Luton”un, İspaniyada isə “Sevilya”nın heyətində forma geyinib.