- Transfer
- 12:47 04.12.2025
“Napoli” klubu “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundun transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliya təmsilçisi danimarkalı forvardı icarə əsasında, satınalma öhdəliyi ilə heyətinə qatıb. Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
Hoylund “Mançester Yunayted”ə 2023-cü ilin avqustunda “Atalanta”dan 77,8 milyon avroya transfer olunmuşdu. O, “qırmızı şeytanlar”ın heyətində 95 oyunda meydana çıxaraq 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
Geridə qalan mövsümdə isə hücumçu bütün turnirlərdə 52 matçda iştirak edib, 10 qol və 4 assistlə yadda qalıb. 21 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Transfermarkt portalının məlumatına görə, Hoylundun bazar dəyəri hazırda 35 milyon avro təşkil edir.