- Transfer
- 12:47 04.12.2025
Belçikanın “Genk” klubunun hücumçusu Tolu Arokodarenin “Vulverhempton” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nigeriya millisinin üzvvü ilə 4 illik müqavilə, əlavə olaraq bir mövsüm uzatma opsiyası da nəzərdə tutulub.
Arokodare Belçika təmsilçisinə 2023-cü ilin yanvarında qoşulub. Bundan əvvəl o, Almaniyanın “Köln” və Fransanın “Am’yen” klublarında çıxış edib.
Ötən mövsümdə Nigeriyalı hücumçu Belçika çempionatında 40 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə edib, bu nəticə ona Belçika liqasının Qızıl Butsu mükafatını qazandırıb. Millidə isə Arokodare 4 oyuna çıxaraq 1 qol vurub.