- Transfer
- 23:59 29.01.2026
Fransanın “Marsel” klubu “İnter”in müdafiəçisi Benjamin Pavarı heyətinə qatmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında şifahi razılıq əldə olunub. Razılaşmaya əsasən, futbolçu Liqa 1 təmsilçisinə icarə əsasında qoşulacaq, müqavilədə isə 15 milyon avroya satınalma hüququ nəzərdə tutulacaq.
Qeyd edək ki, “İnter” əvvəllər “Marsel”in ilk təkliflərini rədd etmişdi, lakin danışıqlar nəticəsində kompromis əldə olunub.
Transfermarkt portalının məlumatına əsasən, Pavarın bazar dəyəri hazırda 25 milyon avro təşkil edir. Fransalı müdafiəçi 2023-cü ilin yayında Almaniyanın “Bavariya” klubundan “İnter”ə keçmişdi.