1 oktyabr 2026. Cümə axşamı

Elif Elmas yenidən “Napoli”də


  • Transfer
  • 22:20 01.09.2025
  • Oxunma sayı: 150
Elif Elmas yenidən “Napoli”də

“Napoli” klubu yeni transferini reallaşdırıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi əvvəlki dövrdə də çıxış etmiş makedoniyalı yarımmüdafiəçi Elif Elması heyətinə qatıb.

25 yaşlı futbolçu “Leypsiq”dən satınalma imkanı ilə icarə əsasında transfer edilib.

Qeyd edək ki, Elmas 2019-2024-cü illərdə də “Napoli”nin şərəfini qoruyub. O, həmin dövrdə komandada 189 rəsmi oyuna çıxaraq 19 qol vurub və 11 məhsuldar ötürmə edib.

İndiyə qədər Serie A-nın iki ilk turunda “Napoli” 6 xal toplayıb, “Sassuolo”nu 2:0, “Kalari”ni isə 1:0 hesabı ilə məğlub edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir