- Transfer
- 22:05 26.03.2026
Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçi Amir Hadziahmetoviçin mövsümün sonuna qədər İngiltərənin "Hall Siti" klubuna icarəyə verildiyini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və bosniyalı futbolçuya yeni klubunda uğurlar arzulayırlar.
Eyni zamanda, "Beşiktaş"ın kamerunlu yarımmüdafiəçisi Cean Onana da İtaliyanın "Cenoa" klubuna satınalma şərti ilə icarəyə verilib. Tərəflər 2025/26 mövsümünün sonuna qədər icarə müqaviləsi üzrə razılığa gəliblər.
Qeyd edək ki, Hadziahmetoviç bu mövsüm "Beşiktaş" forması ilə yalnız 2 oyunda 46 dəqiqə meydanda olub.