26 mart 2026. Cümə axşamı

Adrien Rabyo rəsmən “Milan”da


  • Transfer
  • 22:46 01.09.2025
  • Oxunma sayı: 118
Adrien Rabyo rəsmən “Milan”da

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İtaliyada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,  30 yaşlı futbolçu “Marsel”dən “Milan”a keçib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Rabyo ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Transferin məbləği 9 milyon avro təşkil edib. Bundan əlavə, “Marsel” futbolçudan əlavə 1 milyon avro bonus da ala bilər.

Rabyo 2024-cü ilin sentyabrından “Marsel”də çıxış edib, burada bütün turnirlərdə 32 oyuna çıxaraq 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Rabyo 2019–2024-cü illərdə İtaliya Seria A-da “Yuventus”un formasını geyinmişdi və Turin klubunu pulsuz olaraq, sərbəst agent kimi tərk etmişdi.







Transfer