- Transfer
- 21:51 26.03.2026
İtalyan qapıçısı Canluici Donnarumma artıq İngiltərənin “Mançester Siti” klubuyla müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, yaxın saatlarda və ya dəqiqələrdə klub rəsmi açıqlama veriləcək.
26 yaşlı qolkiper PSJ-dən “Mançester Siti”yə transfer olunub.
Qeyd edək ki, Donnarumma PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil deyildi. Klubla yeni müqavilə üzrə danışıqlar uğursuz olub, mediada isə qapıçının yüksək əmək haqqı tələb etdiyi qeyd olunurdu.
Donnarumma PSJ-də 4 mövsüm ərzində 161 oyuna çıxıb və 156 qol buraxıb.