26 mart 2026. Cümə axşamı

"Bayer" onu “Arsenal”a icarəyə verdi


  • Transfer
  • 23:11 01.09.2025
  • Oxunma sayı: 122
"Bayer" onu “Arsenal”a icarəyə verdi

“Bayer” klubunun müdafiəçisi Piero İnkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, "Arsenal" klubu Ekvador millisinin üzvünü heyətinə qatıb. İnkapye ilə 1 illik icarə müqaviləsi imzalanıb. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ötən mövsümdə İnkapye bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, müdafiəçinin bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer