26 mart 2026. Cümə axşamı

Randall Kolo-Muani “Tottenhem”də


  • Transfer
  • 23:28 01.09.2025
  • Oxunma sayı: 205
Randall Kolo-Muani “Tottenhem”də

Fransalı hücumçu Randall Kolo-Muani 2025/26 mövsümünün sonuna qədər İngiltərənin “Tottenhem” klubunda çıxış edəcək

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb. 26 yaşlı futbolçu PSJ-dən icarəyə götürülüb və müqavilədə satınalma opsiyası nəzərdə tutulmayıb.

Kolo-Muani “Tottenhem”də 39 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, hücumçu ötən mövsümün ikinci yarısında da icarə əsasında “Yuventus”da çıxış etmişdi. Hazırda İngiltərə Premyer Liqasında “Tottenhem” üç turdan sonra 6 xal toplayıb.







Transfer