28 mart 2026. Şənbə

“Şaxtyor”dan “Fulhem”ə


  • Transfer
  • 23:41 01.09.2025
  • Oxunma sayı: 116
“Şaxtyor”dan “Fulhem”ə

“Şaxtyor”un hücumçusu Kevin İngiltərənin “Fulhem” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi transfer üzrə həm “Şaxtyor”, həm də braziliyalı futbolçunun özü ilə razılığa gəlib.

Transferin dəyəri 40 milyon avro, əlavə olaraq 5 milyon avro bonus nəzərdə tutulub. 22 yaşlı Kevin ilə “Fulhem” arasında uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Kevin “Şaxtyor”da 57 oyuna çıxaraq 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Əvvəlki mediaya yayılan məlumatlarda bildirilirdi ki, “Fulhem” klubu oyunçunun agentliyi ilə danışıqlar aparmağa davam edirdi.







Transfer