15 may 2026. Cümə

“Arsenal”dan “Portu”ya


  • Transfer
  • 23:59 01.09.2025
  • Oxunma sayı: 161
“Arsenal”dan “Portu”ya

“Arsenal”ın müdafiəçisi Yakub Kivyor karyerasını Portuqaliyanın “Portu” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, “əjdahalar” 25 yaşlı futbolçunu icarəyə götürüb, sonradan satınalma imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, polşalı ötən iki ilə yarım ərzində “Arsenal”da çıxış edib. Orada o, 68 rəsmi oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 28 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, “Portu” ötən həftəsonu Portuqaliya çempionatının dördüncü turunda səfərdə “Sportinq”i 2:1 hesabı ilə məğlub edib. Komanda mövsümə dörd turdan sonra itkisiz xalla başlayıb.







Transfer