- Transfer
- 22:48 14.05.2026
“Milan”ın hücumun hər iki cinahında çıxış edə bilən futbolçu Samu Çukvuze karyerasını İngiltərənin “Fulhem” klubunda davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu 26 yaşlı futbolçunun icarə əsasında heyətinə qatıb.
London təmsilçisi 2025/26 mövsümünün sonunda nigeriyalı futbolçunu “Milan”dan satın almaq hüququna malik olacaq.
Çukvuze “Milan”da 19 nömrəli formada çıxış edirdi. O, italiyalı klubda iki ildən bir az çox müddətdə 70 rəsmi oyuna çıxaraq 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Hazırda İngiltərə Premyer Liqasında “Fulhem” 18-ci yerdə qərarlaşıb və komanda 3 turdan sonra 2 xal toplayıb.