- Transfer
- 22:48 14.05.2026
İngiltərənin “Sanderlend” klubu hücumçusu Mark Qiu “Çelsi”yə geri dönüb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu əvvəlcə 6 avqust tarixində “Sanderlend”ə icarəyə verilmişdi, lakin 26 gün sonra tərəflərin razılığı ilə müqavilə ləğv olunub.
“Çelsi” 19 yaşlı futbolçunu komandaya Liam Delapın “Fulhem”lə oyunda aldığı zədə səbəbindən qaytarıb.
Qısa müddətdə Qiunun “Sanderlend”də 3 oyuna çıxıb 1 qol vurduğu qeyd olunub.
Hazırda İngiltərə Premyer Liqasında “Çelsi” 3 turdan sonra 7 xal toplayaraq cədvəldə ikinci pillədə qərarlaşıb.